Niderland 25 min dövlət qulluqçusunu süni intellektlə əvəzləməyə hazırlaşır

Niderland hökuməti süni intellekt və avtomatlaşdırma vasitəsilə 25 min dövlət iş yerini azaltmağı planlaşdırır. İslahatlardan 2035-ci ildən etibarən ildə 3,5 milyard avro qənaət gözlənilir.

67

Niderland hökuməti dövlət idarəçiliyində süni intellektin tətbiqini genişləndirməklə təxminən 25 min iş yerini azaltmağı planlaşdırır. İslahatın əsas məqsədi bürokratik xərcləri azaltmaq, dövlət qurumlarının fəaliyyətini sürətləndirmək və uzunmüddətli perspektivdə milyardlarla avroya qənaət etməkdir.

MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Niderland hökumətinin oktyabrın 26-da açıqladığı plana istinadən məlumat yayıb.

Plana əsasən, dövlət sektorunda iş yerlərinin sayı qarşıdakı on il ərzində mərhələli şəkildə azaldılacaq. Süni intellekt texnologiyaları isə mövcud əməkdaşların yerinə yetirdiyi müəyyən iş proseslərinin avtomatlaşdırılmasında istifadə olunacaq.

Hökumətin hesablamalarına görə, 2027-ci ildə illik 900 milyon avro, 2035-ci ildən başlayaraq isə hər il 3,5 milyard avro qənaət etmək mümkün olacaq.

İslahat çərçivəsində təxminən 25 min tamştat iş yerinin azaldılması nəzərdə tutulur. Bununla belə, bütün əməkdaşların birbaşa işdən çıxarılacağı açıqlanmayıb. İşçi sayının azaldılması təbii kadr axını və vakant vəzifələrin doldurulmaması hesabına da həyata keçirilə bilər.

Niderlandın dövlət idarəçiliyinin səmərəliliyi üzrə dövlət katibi Erik van der Burq bildirib ki, mövcud idarəetmə modelinin yenilənməsinə ehtiyac var.

“Əvvəllər etdiklərimizi eyni qaydada davam etdirə bilmərik. Buna görə daha sadə, daha ağıllı və daha kiçik dövlət idarəçiliyi üçün çətin qərarlar qəbul etməliyik”, – deyə o vurğulayıb.

Rəsmi məlumatlara əsasən, 2025-ci ilin sonunda Niderlandın mərkəzi dövlət idarəçiliyində çalışanların sayı 160 min nəfərə çatıb. Bu, 2018-ci illə müqayisədə təxminən 41 faiz artım deməkdir.

İslahatların əsasən nazirliklər, dövlət nəzarəti orqanları və inzibati xidmətlərə təsir göstərməsi gözlənilir.

Bəzi qurumlarda işçi sayının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulsa da, polis və müdafiə sahələri ixtisar planından istisna ediləcək.

Hökumət 2027-ci ilin birinci rübündə süni intellektin hansı proseslərdə tətbiq olunacağını və məhsuldarlığın necə artırılacağını müəyyənləşdirən daha ətraflı plan təqdim etməyi nəzərdə tutur.

Niderlandın təşəbbüsü süni intellektin yalnız özəl şirkətlərdə deyil, dövlət idarəçiliyində də məşğulluğa təsir göstərə biləcəyini nümayiş etdirir. Bununla belə, 25 min iş yerinin hamısının birbaşa süni intellekt tərəfindən əvəzlənəcəyi hələ təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti