Meksikada mundial üçün “toxunmuş səma” hazırlandı

Meksikanın Sapopan şəhərində 2026-cı il Dünya Kuboku ərəfəsində 200-dən çox qadının hazırladığı rəngarəng toxunma instalyasiya küçəni bəzəyib.

109

Meksikanın Sapopan şəhərində FIFA Dünya Kuboku ərəfəsində piyada küçəsi rəngarəng toxunma instalyasiya ilə bəzədilib.

MSNews.az xəbər verir ki, “El Universal” nəşrinin məlumatına görə, “Cielo Tejido” adlı layihə Sapopanın mərkəzində yerləşən “20 de Noviembre” piyada küçəsində qurulub. İnstalyasiya Xalisko ştatının Etzatlan bölgəsindən olan 200-dən çox qadın sənətkar tərəfindən hazırlanıb.

Layihə Dünya Kuboku zamanı Qvadalaxara stadionunda oyun keçirəcək yığmalara həsr olunub. “Informador” yazır ki, toxunma kompozisiyada Meksika, Cənubi Koreya, Çexiya, Kolumbiya, Konqo Demokratik Respublikası, Uruqvay və İspaniya yığmalarının rəngləri əks olunub.

“El Universal”ın məlumatına əsasən, “toxunmuş səma” təxminən 5 600 əl işi altıbucaqlı parçadan ibarətdir. İnstalyasiyanın uzunluğu 220 metr, eni isə 8,5 metrdir. Layihənin hazırlanmasında 1 400 kilometr ipdən istifadə edildiyi bildirilir.

Kompozisiyada həmçinin ölkələrin rənglərini və mədəni simvollarını əks etdirən tematik “ağac” konstruksiyaları da yer alır. “Latinus” layihənin dizaynının Aztek ilanından ilhamlandığını və instalyasiyanın iyulun 20-dək nümayiş olunacağını yazıb.

“The Guardian” stadionda Cənubi Koreya–Çexiya, Meksika–Cənubi Koreya, Kolumbiya–Konqo DRUruqvay–İspaniya oyunlarının keçiriləcəyini qeyd edib.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31