Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hanoyda Vyetnamın vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə strateji tərəfdaşlıq, humanitar layihələr və ikitərəfli əməkdaşlıq müzakirə olunub.

45

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnamın paytaxtı Hanoyda ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

MSNews.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişafı, siyasi əlaqələrin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin uzunillik dostluq ənənələrinə əsaslandığını vurğulayıblar. Dövlət başçılarının qarşılıqlı səfərlərinin siyasi etimadın möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan oktyabr ayında Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşündə iştirakını və Azərbaycan rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırlayıb.

Görüşdə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri də yüksək qiymətləndirilib. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın ötən il Hanoyda təhsil müəssisələrinə göstərdiyi dəstək qeyd olunub.

Vyetnam Xəbər Agentliyinin “VietnamPlus” nəşrinin məlumatına görə, Mehriban Əliyeva Vyetnamın iqtisadi inkişafını, infrastruktur və texnologiya sahələrində əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirərək turizm və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən sonra Mehriban Əliyevaya, Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma qaydası nümayiş etdirilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30