Kremlin sanksiyalardan yayınaraq 6,9 milyard dollar köçürüb

Kremlə bağlı A7 ödəniş şəbəkəsinin saxta sənədlər və vasitəçi şirkətlər vasitəsilə beynəlxalq banklardan 6,9 milyard dollardan çox vəsait köçürdüyü üzə çıxıb.

9

Kremlin dəstəklədiyi A7 ödəniş şəbəkəsinin Qərb sanksiyalarından yayınmaq məqsədilə saxta sənədlər və vasitəçi şirkətlərdən istifadə edərək beynəlxalq bank sistemi üzərindən 6,9 milyard dollardan çox vəsait köçürdüyü üzə çıxıb.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times”  (FT) qəzetinin A7 şirkətindən sızdırılmış yüz minlərlə daxili sənəd əsasında apardığı araşdırmada bildirilir.

Araşdırmaya görə, Rusiya və Qırğızıstanda moldovalı iş adamı İlan Şor tərəfindən Rusiyanın dövlətə məxsus Promsvyazbank bankının dəstəyi ilə yaradılan A7 şəbəkəsi beynəlxalq SWIFT sisteminə çıxış əldə etmək üçün genişmiqyaslı saxtakarlıq mexanizmindən istifadə edib.

Şəbəkəyə bağlı vasitəçi şirkətlər real əməliyyatların mahiyyətini gizlətmək məqsədilə saxta hesab-fakturalar, korporativ möhürlər və dəyişdirilmiş gömrük kodları hazırlayıblar. Sənədlərdə sanksiyaya məruz qalan məhsulların kodları məhdudiyyət tətbiq edilməyən oxşar malların kodları ilə əvəz olunub.

FT-nin məlumatına əsasən, 2024-cü ilin sonlarından 2025-ci ilin avqustuna qədər A7 ilə əlaqəli qurumlardan “Standard Chartered” bankının Honkonqdakı hesablarına 1,1 milyard dollar köçürülüb. Eyni dövrdə DBS bankına 273 milyon, “Citigroup” müştərilərinin hesablarına isə 74 milyon dollar göndərilib.

Araşdırmada bəzi ödənişlərin hərbi avadanlıqların alınması və Rusiyanın güc strukturları üçün nəzərdə tutulan satınalmalarla əlaqəli olduğu da müəyyən edilib. Bununla belə, sənədlərdə adı keçən bankların həmin əməliyyatların həqiqi məqsədindən xəbərdar olması təsdiqlənməyib.

Nəşr qeyd edir ki, şəbəkənin maliyyə əməliyyatlarının ümumi həcmi daha böyük ola bilər. Belə ki, sızdırılmış sənədlərdə dəyərini müəyyənləşdirmək mümkün olmayan daha 17 500 ödənişə dair məlumat aşkar edilib.

Araşdırmanın nəticələri Rusiyaya qarşı tətbiq olunan maliyyə məhdudiyyətlərinə baxmayaraq, beynəlxalq bank sisteminin sanksiyalardan yayınmaq üçün istifadə edilə bildiyini göstərir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.