Kanada Rusiya və Belarus xokkeyçilərinə viza verməyəcək

Kanadanın Baş naziri Mark Karni Rusiya və Belarus milli komandalarının ölkədə keçiriləcək gənclər arasında dünya çempionatında iştirakına icazə verilməyəcəyini açıqlayıb. Qərar Ukraynadakı müharibə ilə əsaslandırılıb.

40

Kanadanın Baş naziri Mark Karni Rusiya və Belarus xokkeyçilərinə ölkədə keçiriləcək beynəlxalq yarışlarda öz milli komandalarını təmsil etmək üçün viza verilməyəcəyini bildirib. O, Rusiyanın gənclərdən ibarət komandasının qarşıdakı dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Karni bu barədə noyabrın 3-də Antiquada keçirilən sammitin sonunda jurnalistlərə danışıb.

Məlumatı “Reuters” və “The Canadian Press” yayıb.

“Finlərin, çexlərin, isveçlilərin və digər ölkələrin qərarlarına hörmət edirik. Lakin bu qərarı müstəqil şəkildə qəbul edirik: viza verməkdən imtina edəcəyik”, – deyə Baş nazir bildirib.

Karni vurğulayıb ki, Ukraynadakı müharibə davam etdiyi müddətdə Rusiya və Belarus idmançıları öz ölkələrini təmsil edərək Kanadada yarışmayacaqlar.

Qərar İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya komandalarının beynəlxalq xokkey yarışlarına qaytarılması barədə 30 oktyabr qərarından sonra verilib. Beynəlxalq Xokkey Federasiyası (IIHF) isə təhlükəsizliklə bağlı narahatlıqlarının davam etdiyini açıqlayıb.

Gənclər arasında dünya çempionatı dekabrın 26-dan 2027-ci il yanvarın 5-dək Kanadanın Edmonton və Red-Dir şəhərlərində keçiriləcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti