İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana iki günlük dövlət səfəri iyulun 31-də başa çatıb. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı İssık-Kul hava limanında rəsmi şəxslər yola salıblar.

9

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.

MSNews.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola salıblar. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

Dövlət səfəri iyulun 30-da başlayıb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılamışdılar.

Səfər çərçivəsində Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının III iclası təşkil olunub, dövlət başçıları arasında danışıqlar aparılıb.

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə, eləcə də iqtisadiyyat, nəqliyyat, energetika, kibertəhlükəsizlik, maliyyə və şəhərlərarası əməkdaşlığı əhatə edən sənədlər imzalanıb.

Səfər zamanı Prezident İlham Əliyev Qırğızıstanın I dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarov isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Dövlət başçısı, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun və İssık-Kul sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak edib.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.