Tramp Konqresə İrandakı hərbi əməliyyatların başa çatdığını bildirdi

Donald Tramp Konqresə göndərdiyi məktubda 28 fevralda başlayan İrana qarşı hərbi əməliyyatların başa çatdığını bildirib. Bununla belə, o, İranın ABŞ üçün ciddi təhlükə olaraq qaldığını qeyd edib.

5

ABŞ Prezidenti Donald Tramp Konqresə göndərdiyi məktubda İrana qarşı hərbi əməliyyatların başa çatdığını bəyan edib. “Associated Press”-in məlumatına görə, Tramp Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti prezidenti Çak Qrasliyə ünvanladığı məktubda “28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatıb” ifadəsini işlədib. 

Məktub ABŞ-da Müharibə Səlahiyyətləri Qətnaməsi ilə bağlı 60 günlük hüquqi müddətin başa çatdığı gün göndərilib. Bu qanuna əsasən, prezident Konqresin icazəsi olmadan hərbi əməliyyatlara başladıqda, 60 gün ərzində Konqresdən rəsmi təsdiq almalıdır. Tramp administrasiyası isə aprelin əvvəlindən qüvvədə olan atəşkəsə istinad edərək, bu müddətin artıq tətbiq olunmadığını iddia edir.

Bununla belə, Tramp məktubunda İranın ABŞ üçün təhlükə olaraq qaldığını da qeyd edib. Prezident bildirib ki, ABŞ əməliyyatlarının uğuruna və davamlı sülh səylərinə baxmayaraq, İranın ABŞ və Amerika Silahlı Qüvvələri üçün yaratdığı təhlükə “əhəmiyyətli” olaraq qalır.

ABŞ administrasiyasının bu mövqeyi Vaşinqtonda hüquqi və siyasi mübahisələrə səbəb olub. Demokratlar və bəzi respublikaçılar hesab edirlər ki, ABŞ qüvvələrinin regionda qalması və İran ətrafında hərbi fəaliyyətin davam etməsi Konqresin rolunu gündəmdə saxlayır. Müdafiə naziri Pit Heqset isə atəşkəsin aktiv döyüş əməliyyatlarını dayandırdığını və buna görə 60 günlük müddətin faktiki olaraq tətbiq olunmadığını bildirib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031