İlham Əliyev Ağdamda 210 çarpayılıq xəstəxananın tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdamda tikilən 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasında inşaat işlərinin gedişi ilə tanış olub. Kompleksdə müasir tibbi şöbələr yaradılacaq.

35

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdamda inşa olunan 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasında tikinti işlərinin gedişi ilə tanış olub. Müasir tibb kompleksində müxtəlif ixtisaslar üzrə şöbələr, poliklinikalar və diaqnostika mərkəzləri fəaliyyət göstərəcək.

MSNews.az xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına layihənin icra vəziyyəti barədə məlumat verib. Bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat dərc olunub.

Bildirilib ki, 6 hektardan çox ərazidə inşa edilən xəstəxana kompleksinə əsas bina, əlavə korpuslar, yardımçı tikililər və müvafiq infrastruktur obyektləri daxil olacaq.

Tibb müəssisəsində qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR və pediatriya şöbələrinin yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, kompleksdə funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti