İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olublar. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.