Husilər Səudiyyə Ərəbistanından 51 milyard dollar tələb edir

Yəmənin “Ənsarullah” hərəkatının Səudiyyə Ərəbistanından hərbi əməliyyatların dayandırılması müqabilində 51 milyard dollar təzminat və Sənadakı hakimiyyətin rəsmən tanınmasını tələb etdiyi bildirilir.

40

Yəmənin “Ənsarullah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanından hərbi əməliyyatların dayandırılması müqabilində 51 milyard dollar təzminat və Sənadakı hakimiyyətin rəsmən tanınmasını tələb etdiyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri danışıqlardan məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Qırmızı dənizdə neft tankerlərinə hücumlar və Bab əl-Məndəb boğazı yaxınlığında hərbi gərginliyin artmasından sonra husilərlə əlaqə saxlayaraq qarşıdurmanın dayandırılması şərtlərini öyrənməyə çalışıb.

Husilər isə illərlə davam edən hava zərbələri və blokadanın vurduğu zərərə görə 51 milyard dollar təzminat tələb ediblər. Bundan əlavə, Ər-Riyadın hərəkatı Yəmənin qanuni hakimiyyəti kimi tanıması şərti irəli sürülüb.

Mənbələrin bildirdiyinə görə, danışıqlar zamanı digər məbləğlər də müzakirə olunub. Lakin mümkün razılaşmanın dəyəri on milyardlarla dollar səviyyəsində qiymətləndirilir.

Səudiyyə Ərəbistanı bu tələbləri qəbul etməyib və tərəflər arasında yekun razılaşma əldə olunmayıb.

Bununla belə, husilərə yaxın jurnalist Hüseyn əl-Buxeyti 51 milyard dollarlıq tələb barədə məlumatı təkzib edib. O, Yəmənin müharibə nəticəsində ümumi iqtisadi itkilərinin daha yüksək olduğunu bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti