Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə bir sıra tədbirlərdə iştirak edib.
MSNews.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiha azərbaycanlı həmkarını ölkənin Xarici İşlər Nazirliyində qarşılayıb.

Azərbaycan XİN-in məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının nümayiş etdirildiyi sərgiyə baxıblar.

Ceyhun Bayramov və Andriy Sibiha daha sonra Ukrayna XİN-in parkında yerləşən, müharibədə həlak olmuş müdafiəçilərə həsr edilən memorialı ziyarət ediblər. Nazirlər abidə önünə əklil qoyaraq həlak olanların xatirəsini yad ediblər.

Səfər çərçivəsində Ceyhun Bayramovun Andriy Sibiha və Ukraynanın digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.