Husilər Qırmızı dənizdən keçən gəmilərə elektron poçtla icazə verir

Yəməndəki husilər Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçmək istəyən gəmilər üçün elektron poçtla icazə sistemi tətbiq edirlər. Müraciətlərə adətən 24 saat ərzində cavab verilir.

32

Yəmənin paytaxtı Sənaya nəzarət edən husilər Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçmək istəyən gəmilər üçün elektron poçt vasitəsilə icazə sistemi tətbiq edirlər. Gəmi kapitanları təhlükəsiz keçid üçün əvvəlcədən müraciət edərək müəyyən məlumatları təqdim edirlər.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” qəzeti gəmi heyətlərinin elektron yazışmalarına və ifadələrinə istinadən məlumat yayıb. Nəşrin araşdırmasına əsasən, sistem husilərin 2024-cü ildə yaratdığı Humanitar Əməliyyatların Əlaqələndirilməsi Mərkəzi (HOCC) vasitəsilə fəaliyyət göstərir.

Müraciət zamanı gəmilərin marşrutu və aidiyyəti barədə məlumat verilir, ABŞ, Böyük Britaniya və İsraillə əlaqələrinin olmadığı bildirilir. Husilər müraciətlərə adətən 24 saat ərzində cavab verir, bəzi hallarda isə yeddi günlük keçid icazəsi və naviqasiya təlimatları təqdim edirlər.

“AFP” agentliyinin məlumatına görə, bu müraciətlər xüsusilə husilərin iyul ayında Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra artıb.

Məsələn, Çinə məxsus “Zhong Cheng Chang Ling” konteyner gəmisinə yeddi günlük keçid icazəsi verilib. Gəmi heyətindən avtomatik identifikasiya sistemini (AIS) və fövqəladə rabitə kanalını aktiv saxlamaq tələb olunub.

Bununla belə, beynəlxalq dənizçilik qurumları gəmilərə husilərin yaratdığı mərkəzlə əlaqə saxlamamağı tövsiyə edir. Elektron icazə sistemi beynəlxalq səviyyədə tanınan rəsmi keçid mexanizmi deyil və təhlükəsizliyə zəmanət vermir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti