Bakıda 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib. “Crescent Mall” ticarət mərkəzində gənclərin iştirakı ilə təşkil olunan tədbir bayram əhvali-ruhiyyəsi ilə yadda qalıb.
MSNews.az xəbər verir ki, spontan musiqili aksiya zamanı iştirakçıların ifasında səsləndirilən musiqilər Vətənə sevgi, milli birlik və tarixi Zəfərin yaratdığı qürur hisslərini əks etdirib.
“Zəfər Nəğməsi” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin mənəvi dəyərini musiqi vasitəsilə yaşatmaq, gənclər arasında vətənpərvərlik və milli birlik ruhunu təşviq etmək olub.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun, Nəsimi Rayon İcra Hakimiyyətinin və PASHA Malls-un dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı xor kollektivinin təşkilatçılığı ilə həyata keçirilib.
Musiqili aksiya Zəfərin 6-cı ildönümünə həsr olunan bayram tədbirləri çərçivəsində baş tutub.
Musiqili aksiyanın görüntülərini “Telegram” kanalımızdan izləyə bilərsiniz.