Bütün ölkədə işıqlar sönsə nə olacaq? Britaniyadan 72 saatlıq fövqəladə plan
Böyük Britaniya ölkəmiqyaslı elektrik kəsintisi ehtimalına qarşı fövqəladə tədbirlər hazırlayıb. BBC xüsusi radio yayımı planı qurub, hökumət isə alternativ rabitə texnologiyalarının inkişafına 70 milyon funt sterlinq ayırıb.
Kiyev qaranlıqda, Zelenski və Kliçko qarşı-qarşıya
Kiyevdə elektrik və su təchizatında fasilələr davam edərkən Volodimir Zelenski şəhər rəhbərliyini hazırlıqsızlıqda ittiham edib. Vitali Kliçko isə korrupsiya qalmaqallarının Ukraynaya zərbə vurduğunu bildirib.