“Simpsonlar”ın 9 fevral tarixində elektrik kəsintisi iddiası yalanlandı

Sosial mediada "Simpsonlar"la əlaqələndirilən “9 fevral 2026-cı il tarixində 72 saatlıq qlobal elektrik kəsintisi” iddiası manipulyasiya olunmuş görüntülərə əsaslanır və rəsmi epizodlarda yer almır.

146

Kult animasiya seriyası “Simpsonlar” ilə bağlı sosial mediada yayılan yeni bir iddia bu dəfə 9 fevral 2026-cı il tarixində 72 saat davam edəcək qlobal elektrik kəsintisi ilə əlaqələndirilib.

Paylaşımlarda bu tarixin “Simpsonlar”ın bir epizodunda əks olunduğu irəli sürülərək, dünyanın “ayağa qalxacağı” iddia edilir.

Sosial mediada sürətlə yayılan bu iddialarda “Simpsonlar”ın kadrlarında 9 fevral tarixinin göstərildiyi və dünyada üç günlük geniş elektrik kəsintisinin yaşanacağı ifadə edilir. Xüsusilə “X” və “TikTok” kimi platformalarda virallaşan bu paylaşımlar insanların narahatlığına səbəb olub.

Lakin yayılan görüntülər və iddiaların orijinal epizodlardan olmadığı müəyyən edilib. Mütəxəssislər və doğruluq yoxlama platformaları “Simpsonlar”ın rəsmi yayımlanan bütün sezonlarını araşdırıb və 9 fevral 2026-cı il tarixi ilə bağlı heç bir epizodda elektrik kəsintisi və ya bu cür proqnozun yer almadığını bildirib. Sosial mediada dolaşan kadrların əksəriyyətinin süni intellekt vasitəsilə istehsal edilmiş və ya manipulasiya olunmuş olduğu qeyd olunur.

Yəni, “Simpsonlar” seriyalının bu iddianı dəstəkləyən heç bir rəsmi baxış və ya sübutu yoxdur və 9 fevral 2026‑cı il tarixində 72 saat elektrik kəsintisi olacağına dair etibarlı elmi və ya inzibati məlumat mövcud deyil.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.