Estoniya Baş nazirindən Avropaya çağırış: “Putinə yaltaqlanmayın!”

Estoniyanın Baş naziri Kristen Mixal Avropanı Vladimir Putinlə birbaşa danışıqlardan çəkinməyə və Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirməyə çağırıb.

27

Estoniyanın Baş naziri Kristen Mixal Avropa ölkələrini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamaq əvəzinə, Moskvaya qarşı iqtisadi təzyiqi gücləndirməyə çağırıb. O, Avropanın Ukrayna müharibəsi ilə bağlı danışıqlarda vasitəçi rolunu üzərinə götürməsinin yanlış addım olacağını bildirib.

MSNews.az xəbər verir ki, Mixal bu barədə noyabrın 6-da dərc olunan “POLITICO” nəşrinə müsahibəsində danışıb.

“Avropa vasitəçi rolunda çıxış etməməlidir. Diktatora yaltaqlanmağa çalışmaq lazım deyil”, – deyə Estoniya hökumətinin başçısı bildirib.

Mixalın sözlərinə görə, Avropanın Rusiyaya qarşı hazırkı sanksiya siyasəti nəticə verir və bu strategiyadan imtina edilməməlidir. O hesab edir ki, Kremlə qarşı iqtisadi təzyiqin davam etdirilməsi Moskva ilə diplomatik yaxınlaşmadan daha məqsədəuyğundur.

Baş nazir xəbərdarlıq edib ki, Avropanın vasitəçiliyə çalışması Rusiyaya münasibətdə güzəştlərə, o cümlədən sanksiyaların yumşaldılmasına gətirib çıxara bilər.

“Eyni vaxtda iki rolu yerinə yetirmək mümkün deyil. Bir tərəfdən Ukraynanı dəstəkləyib Rusiyaya təzyiq göstərmək, digər tərəfdən isə vasitəçi olmağa çalışmaq olmaz”, – deyə Mixal vurğulayıb.

Estoniya lideri ABŞ Prezidenti Donald Tramp administrasiyasının sülh səylərini yüksək qiymətləndirdiklərini də bildirib. Bununla belə, o, əsas təzyiqin məhz Rusiyaya yönəldilməli olduğunu qeyd edib.

“RBC-Ukraine” yazır ki, Mixal Avropada Rusiya vətəndaşlarına qarşı viza məhdudiyyətlərinin sərtləşdirilməsini də dəstəkləyib. O, Moskvanın hibrid təhdidlərinə qarşı daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti