“Epşteyn işi” yenidən Konqresdə: ABŞ Ədliyyə Nazirliyi məhkəməyə verilə bilər

ABŞ Konqresində Ceffri Epşteyn işi üzrə yeni qanun layihəsinin səsverməyə çıxarılması planlaşdırılır. Layihə gizlədilən sənədlərə görə baş prokurora qarşı məhkəmə iddiası qaldırmağa imkan verəcək.

32

ABŞ Konqresində Ceffri Epşteyn işi ilə bağlı yeni qanun layihəsinin səsverməyə çıxarılması gözlənilir. Təşəbbüs Ədliyyə Nazirliyinin gizlətdiyi iddia olunan sənədlərin açıqlanmasını və nazirliyə qarşı məhkəmə iddialarının qaldırılmasını nəzərdə tutur.

MSNews.az xəbər verir ki, respublikaçı konqresmen Tomas Massi gələn həftə Nümayəndələr Palatasında Epstin sənədlərinin şəffaflığına dair ikinci qanun layihəsinin səsverməsini təmin etməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə “Axios” məlumat yayıb.

Nümayəndələr Palatasının rəhbərliyindən yan keçərək səsverməyə nail olmaq üçün 218 deputatın imzası tələb olunur. Oktyabrın əvvəlində 216 imza toplanmışdı. Massi noyabrın 5-də parlamentin fəaliyyətini bərpa etməsindən sonra qalan imzaların da əldə olunacağına əminliyini bildirib.

“Epstein Files Transparency Act II” adlı qanun layihəsi zərərçəkənlərin özlərinə aid istintaq materiallarını əldə etməsinə, ştat prokurorlarının cinayət araşdırmaları üçün redaktə edilməmiş sənədlərə çıxışına və məlumatların qanunsuz gizlədilməsinə görə ABŞ baş prokuroruna qarşı məhkəmə iddiası qaldırılmasına imkan yaradacaq.

Massi Ədliyyə Nazirliyini 3 milyondan çox Epşteyn sənədini qanunsuz olaraq açıqlamamaqda və yayımlanan materialların bəzi hissələrini həddindən artıq məxfiləşdirməkdə ittiham edir. Nazirlik isə əvvəlki şəffaflıq qanununun tələblərinə əməl etdiyini müdafiə edib.

Təşəbbüs demokrat konqresmen Ro Xanna tərəfindən də dəstəklənir. Layihənin hazırlanmasında hər iki partiyanın nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Epstin sənədlərinin açıqlanmasına dair ilk qanun 2025-ci il noyabrın 19-da Donald Tramp tərəfindən imzalanıb. Yeni layihə isə həmin qanunun icrasına nəzarəti gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, ikinci qanun layihəsi hələ qəbul edilməyib. Onun qüvvəyə minməsi üçün Konqresin hər iki palatasında təsdiqlənməsi və qanunvericilik prosedurunun tamamlanması tələb olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti