“ABŞ İranı vuracaq” gözləntisi arasında gizli plan iddiası

ABŞ-İran münasibətlərində gərginlik fonunda yayılan xəbərlərdə, Tehran qarşısında hərbi addım ssenarilərinin İsrail vasitəsilə reallaşdırıla biləcəyi iddia edilir. Diplomatik danışıqlar və mümkün hərbi hazırlıqlar müzakirə olunur.

26

Dünya ictimaiyyəti ABŞ ilə İran arasındakı münasibətlərdə hər an hərbi eskalasiya ola biləcəyi gözləntisi içindədir. Son günlər yayılan iddialara görə, Vaşinqton ilə Tehran arasında nüvə proqramı ilə bağlı davam edən danışıqlarda razılıq əldə olunmasa belə, hərbi əməliyyatların baş tuta biləcəyi bir planın gizli səviyyədə müzakirə olunduğu iddia edilir.

ABŞ mətbuatında yayılan məlumatlara görə, Prezident Donald Tramp ilə Benyamin Netanyahu arasında təxminən iki ay əvvəl keçirilmiş gizli görüşdə, İranla razılaşma əldə olunmadığı təqdirdə İsrailin ballistik raket infrastrukturlarını hədəf alan hava əməliyyatlarına əl atacağı və bu hücumlara Vaşinqtonun birbaşa qoşulmadan logistika və kəşfiyyat dəstəyi verə biləcəyi senariləri müzakirə olunub.

Bu iddialar diplomatik səylər və mümkün hədəflər haqda yayılan təxminlərlə üst-üstə düşür. Vaşinqtonun İranla nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı Cenevrədə vasitəçilik rolunu oynayan Oman vasitəsilə davam edən danışıqlara baxmayaraq, ABŞ hərbi qüvvələrini regiona toplamaqdadır. Məlumatlara görə, ABŞ hərbi planları, Donald Trampın əmri ilə İran əleyhinə həftələrlə davam edə biləcək əməliyyatlar üçün də nəzərdən keçirilir.

Hər iki tərəf hələ rəsmi şəkildə bu iddialar barədə təfərrüatlı açıqlama verməsə də, gərginlik regionda diplomatik səylərlə eyni zamanda hərbi planlaşdırma addımlarının paralel getdiyini göstərir. İran tərəfi də danışıqlarda müəyyən güzəşt şəraitində razılaşma arzusunu ifadə etdiyi halda, hər hansı hərbi addımın Tehranın sərt cavabına səbəb olacağı ehtimalı da mövcuddur.

Hazırkı vəziyyət, ortaq bir razılaşma üçün diplomatik danışıqların vacibliyini ön plana çıxarır və hərbi eskalasiyanın risklərini artıran bir amil olaraq qalır.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031