Britaniya Putinin G20 sammitində iştirakına icazə verməyəcək

Böyük Britaniyanın Baş naziri Endi Bernem Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlayıb. O, buna səbəb kimi Rusiyaya qarşı qüvvədə olan sanksiyaları göstərib.

45

Böyük Britaniyanın Baş naziri Endi Bernem Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ilin noyabrında Mançesterdə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini bəyan edib. O, bu qərarı Rusiya rəhbərliyinə qarşı tətbiq edilən sanksiyalarla əlaqələndirib.

MSNews.az xəbər verir ki, Bernem bu barədə “The Economist” nəşrinə müsahibəsində danışıb. Baş nazir Putinin sammitə dəvət olunub-olunmayacağı barədə suala qısa şəkildə “Xeyr” cavabını verib.

Bernem izah edib ki, Rusiya G20 üzvü olaraq qaldığı üçün rəsmi dəvət prosedurlarında müəyyən hüquqi məqamlar mövcuddur. Bununla belə, Putinə qarşı qüvvədə olan Britaniya sanksiyaları onun sammitdə iştirakına mane olacaq.

“Reuters” agentliyinin məlumatına görə, bu mövqe ABŞ Prezidenti Donald Trampın Putini 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi fonunda açıqlanıb. Moskva Rusiya liderinin ABŞ-dakı toplantıya qatılıb-qatılmayacağını hələ təsdiqləməyib.

Britaniya hökumətinin rəsmi məlumatına əsasən, 2027-ci il G20 sammiti noyabrın 27–28-də Mançesterdə keçiriləcək.

Bernem həmçinin Çin lideri Si Cinpinlə süni intellektin təhlükəsizliyi və beynəlxalq tənzimlənməsi məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib. O, qlobal razılaşmalar əldə edilməzsə, süni intellektlə bağlı risklərin daha da artacağı barədə xəbərdarlıq edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti