Bakı İdrak Liseyində silahlı insident: müəllim güllələnib

Bakı şəhərində İdrak Liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələyib. Xəsarət alan müəllim xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırmalar davam edir.

51

Bakı şəhəri, Ziya Bünyadov 3 ünvanında yerləşən İdrak Liseyində silahlı insident baş verib. İlkin məlumatlara görə, liseyin riyaziyyat müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Məlum olub ki, şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək qadın müəllimə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən şagird saxlanılıb. Ondan ov silahı götürülüb.

Xəsarət alan müəllim dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı liseydə təhsil alan şagirdlər və valideynlər ciddi narahatlıq keçirir. Valideynlər təhlükəsizlik məqsədilə uşaqlarını dərhal liseydən götürürlər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tədbirlərə başlayıb və araşdırmalar davam edir. Təhlükəsizlik və maarifləndirmə məqsədilə liseyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Əlavə məlumatlar dəqiqləşdikcə ictimaiyyətə təqdim olunacaq.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.