Azərbaycanın 55 qeyri-hökumət təşkilatının nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil imkanlarının təmin olunmasına çağırıb. Müraciətdə Azərbaycan dilində təhsil verən məktəb və universitetlərin yaradılması, dərsliklərin hazırlanması və bu sahədə konkret dövlət tədbirlərinin görülməsi istənilib.
MSNews.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Məktub müəllifləri Pezeşkianın Azərbaycan dilinə, milli-mənəvi dəyərlərə və ədəbi irsə bağlılığını yüksək qiymətləndiriblər. Onlar İran Prezidentinin çıxışlarında Azərbaycan dilində şeirlər səsləndirməsini, atalar sözlərindən istifadə etməsini və ailə üzvləri ilə ana dilində danışmasını xüsusi vurğulayıblar.
QHT nümayəndələri hesab edirlər ki, Pezeşkianın ana dilinə münasibəti İranda yaşayan azərbaycanlıların təhsil hüquqlarının genişləndirilməsi üçün mühüm fürsət yaradır.
Müraciətdə bildirilir ki, İranın ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan azərbaycanlıların öz dillərini qoruyub gələcək nəsillərə ötürmələri üçün daha geniş imkanlar yaradılmalıdır.
“Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb”, – deyə məktubda qeyd olunub.
İctimai təşkilatların nümayəndələri bu istiqamətdə bir sıra konkret tədbirlərin həyata keçirilməsini təklif ediblər. Bunlara Azərbaycan dilinin məktəblərdə sistemli tədrisi, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılması, müəllim hazırlığı, dərslik və tədris proqramlarının işlənməsi daxildir.
Məktubda İran Konstitusiyasına da istinad edilib. Qeyd edək ki, Konstitusiyanın 15-ci maddəsi fars dilini dövlət dili kimi müəyyənləşdirməklə yanaşı, regional və etnik dillərin mediada istifadəsinə, onların ədəbiyyatının məktəblərdə fars dili ilə yanaşı tədrisinə icazə verir. Lakin bu müddəa bütün fənlərin həmin dillərdə keçirilməsini birbaşa nəzərdə tutmur.
Müraciət müəllifləri Pezeşkianın prezidentliyi dövründə bu istiqamətdə tarixi addımlar atılacağına ümid etdiklərini bildiriblər.
Onlar həmçinin İran Prezidentinin Xankəndi və Şuşaya səfərini, Azərbaycanla mehriban qonşuluq münasibətlərinə verdiyi önəmi və Prezident İlham Əliyevlə əlaqələrini müsbət qiymətləndiriblər.
Məktubda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ana dilinə bağlılığı da xatırladılıb.
Açıq məktubu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, hüquq müdafiəçisi Novella Cəfərova və digər ictimai təşkilat rəhbərləri olmaqla ümumilikdə 55 nəfər imzalayıb.
Müraciət müəllifləri Azərbaycan dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıblar.
Məktubu imzalayan 55 QHT nümayəndələrinin siyahısı
-
Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
-
Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri
-
Sevda Tahirli – Mirzə Ələkbər Sabir Fondunun rəhbəri
-
Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri
-
Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
-
Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
-
Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri
-
Seyfəddin Hüseynli – “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri
-
Səadət Məmmədova – “Maarifçi Media Mərkəzi” İctimai Birliyinin sədri
-
Qəmər Bağırova – “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri
-
Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
-
Sevinc Abdullayeva – “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri
-
Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
-
Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
-
Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri
-
Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
-
Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri
-
Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyinin sədri
-
İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
-
Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri
-
Məqsəd Sarıyev – “YENİSİ” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi
-
Tükəzban Süleymanova – “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri
-
Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
-
Müşviq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri
-
Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
-
Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri
-
Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri
-
Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri
-
Aqil Camal – “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri
-
Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
-
Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri
-
Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri
-
Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri
-
Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
-
Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri
-
Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri
-
Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri
-
Əhməd Abbasbəyli – “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri
-
Aytən Həsənova – “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri
-
Fuad Hüseynzadə – “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri
-
Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri
-
Cavid Abdullayev – “Yeni Yol” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri
-
Turanə Orucova – “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri
-
Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri
-
Elşad Məmmədli – “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri
-
Nərmin Kərimova – “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri
-
Əfsələddin Ağalarov – “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri
-
Yadigar Məmmədli – “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyinin sədri
-
Tünzalə Abduləlimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
-
Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri
-
Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri
-
Kəramət İsmayılov – “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri
-
Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
-
İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar” İctimai Birliyinin sədri
-
Cəmilə İsbəndiyarova – “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri