İlham Əliyev BMT rəsmisi Aleksandr Zuyevi qəbul edib

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevlə görüşüb. Tərəflər terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı və Bakıda keçiriləcək beynəlxalq forumu müzakirə ediblər.

26

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. Görüşdə terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq və Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfələr müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında formalaşmış səmərəli tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Tərəflər Azərbaycanın BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına xüsusi diqqət yetiriblər. Bu istiqamətdə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın beynəlxalq səviyyədə terrorçuluqla mübarizəyə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da toxunulub.

Bildirilib ki, Forum qlobal əhəmiyyət daşıyan aktual məsələlərin müzakirəsi və müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafı üçün mühüm imkanlar yaradır.

Tədbirin beynəlxalq nüfuzunun ildən-ilə artdığı xüsusi vurğulanıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.