Fon der Lyayenin siyasi ailəsi fərdi üzvlük açdı: İllik ödəniş 40 avrodur

Avropa Xalq Partiyası vətəndaşlar üçün fərdi üzvlük mexanizmi yaradıb. Üzvlər partiyanın qurultay və tədbirlərinə qatıla biləcək, lakin səsvermə hüququ əldə etməyəcəklər.

77

Avropa İttifaqının ən böyük siyasi ailəsi olan Avropa Xalq Partiyası (EPP) fərdi üzvlük mexanizmini genişləndirərək vətəndaşlara birbaşa partiya üzvü olmaq imkanı təqdim edir. EPP-nin hazırkı rəsmi müraciət səhifəsinə əsasən, fərdi üzvlük üçün illik ödəniş 40 avro təşkil edir.

MSNews.az xəbər verir ki, yeni üzvlər EPP qurultaylarında iştirak edə, Avropa siyasəti ilə bağlı müntəzəm məlumatlar əldə edə və üzv ölkələrin paytaxtlarında partiyanın siyasi şəbəkələrinin tədbirlərinə qatıla biləcəklər. Lakin fərdi üzvlük partiyadaxili səsvermə hüququ vermir.

EPP-nin nizamnaməsinə əsasən, fərdi üzvlər üçün illik ödəniş minimum 20, maksimum 18 min avro arasında müəyyən edilə bilər və konkret məbləği partiyanın Siyasi Assambleyası müəyyənləşdirir. Hazırda isə EPP-nin rəsmi üzvlük səhifəsində standart illik ödəniş 40 avro göstərilir.

Bununla yanaşı, sistem sadəcə ödəniş etməklə EPP-yə qoşulmağa imkan vermir. Qaydalara görə, fərdi üzvlük üçün müraciət edən şəxs Aİ üzvü olan ölkənin vətəndaşı və EPP-yə daxil olan milli partiyalardan birinin üzvü olmalıdır. Müraciətin qəbul edilməsi də EPP rəhbərliyinin təsdiqindən asılıdır.

EPP özünü Aİ-nin ən böyük mərkəz-sağ siyasi ailəsi kimi təqdim edir. Hazırda onun Avropa Parlamentindəki qrupu 188 deputata malikdir və parlamentdə ən böyük fraksiyadır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Parlamentinin sədri Roberta Metsola və Almaniya kansleri Fridrix Merts də EPP siyasi ailəsinə daxildir. Partiyanın prezidenti isə Manfred Veberdir.

Beləliklə, yeni mexanizm EPP tərəfdarlarına Avropa səviyyəsində partiyanın tədbirlərində daha birbaşa iştirak imkanı yaradır, amma onlara siyasi qərarların qəbulunda səsvermə hüququ vermir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.