İlham Əliyev BMT rəsmisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb. Tərəflər mədəniyyətlərarası dialoq, islamofobiya ilə mübarizə və beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

22

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib. Görüşdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, islamofobiya ilə mübarizə və Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə dövlət başçısını təbrik edib.

BMT rəsmisi Forumun beynəlxalq səviyyədə müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm platformaya çevrildiyini vurğulayıb.

Moratinos Azərbaycanın islamofobiya ilə mübarizədə fəal mövqeyini yüksək qiymətləndirib. O, ölkədə bu mövzuya həsr edilmiş beynəlxalq konfransların mütəmadi keçirilməsini təqdir edib və BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycanın bu istiqamətdəki səylərini dəstəklədiyini bildirib.

Ali nümayəndə Azərbaycanın Alyansın fəaliyyətinə verdiyi dəstəyi, o cümlədən könüllü maliyyə töhfələrini xüsusi qeyd edərək təşəkkürünü çatdırıb.

Prezident İlham Əliyev isə Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə çoxillik uğurlu əməkdaşlığa malik olduğunu və bu dəstəyi gələcəkdə də davam etdirəcəyini bildirib.

Dövlət başçısı Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyəti narahat edən aktual məsələlərin müzakirəsi və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.