Britaniyanın müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Con Hili müdafiə xərclərinə kifayət qədər vəsait ayrılmamasına etiraz olaraq istefa verib. Onun yerinə Den Carvis təyin olunub.

25

Böyük Britaniyada müdafiə naziri Con Hili hökumətin hərbi xərclərlə bağlı siyasətinə etiraz olaraq vəzifəsindən istefa verib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Hili Baş nazir Kir Starmerin hökumətini ölkənin müdafiəsi üçün zəruri hesab etdiyi səviyyədə maliyyə ayırmamaqda ittiham edib. O, istefa məktubunda artan beynəlxalq təhdidlər fonunda Müdafiə İnvestisiyaları Planının yetərli olmadığını bildirib.

Associated Press” yazır ki, Hilinin narazılığı əsasən müdafiə xərclərinin artırılması tempi ilə bağlı olub. Məlumata görə, hökumətin planı müdafiə xərclərini 2027-ci ildə ÜDM-in 2,6%-nə, 2030-cu ilə qədər isə 2,68%-nə çatdırmağı nəzərdə tutur. Hili isə bunun mövcud təhlükəsizlik çağırışları üçün kifayət etmədiyini düşünürdü.

Britaniya hökumətinin rəsmi saytında yayılan məlumata əsasən, Kral III Çarlz Den Carvisin müdafiə naziri təyin olunmasını təsdiqləyib. Hökumət həmçinin Con Hilinin və silahlı qüvvələr üzrə nazir Alister Karnsın kabinetdən ayrıldığını açıqlayıb.

The Guardian” qeyd edir ki, Hilinin istefası Starmer hökuməti üçün ciddi siyasi zərbə kimi qiymətləndirilir. Nəşrin məlumatına görə, o, müdafiə xərclərinin 2030-cu ilə qədər ÜDM-in ən azı 3%-nə çatdırılmasının vacib olduğunu müdafiə edirdi.

Hili 2024-cü ilin iyulundan Böyük Britaniyanın müdafiə naziri vəzifəsində çalışırdı. O, bu müddətdə Ukraynaya hərbi yardımın artırılmasını və Britaniyanın NATO çərçivəsində öhdəliklərinin gücləndirilməsini dəstəkləyən əsas hökumət fiqurlarından biri hesab olunurdu.

Yeni müdafiə naziri Den Carvis daha əvvəl daxili işlər nazirinin müavini və təhlükəsizlik naziri kimi fəaliyyət göstərib. O, iyunun 11-də rəsmi olaraq müdafiə naziri vəzifəsinə təyin olunub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930