ABŞ-da noyabrın 3-də keçirilən qubernator seçkilərində Demokratlar Partiyasının namizədi Deb Holand Nyu-Meksiko ştatında qalib gəlib. Bununla da o, ABŞ tarixində qubernator seçilən ilk yerli amerikalı qadın olub.
MSNews.az xəbər verir ki, 65 yaşlı Holand respublikaçı rəqibi Qreq Halla qalib gəlib.
Laquna Pueblo icmasının üzvü olan Holand daha əvvəl Prezident Co Baydenin administrasiyasında daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə ABŞ hökumətində nazir səviyyəli vəzifə tutan ilk yerli amerikalı kimi də tarixə düşüb.
Holand seçkilərdən bir neçə gün əvvəl Hellouin bayramında qeyri-adi geyimi ilə diqqət çəkib. O, özünün soyadını daşıyan Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Holandın obrazını canlandırıb.
“USA Today” nəşrinin məlumatına görə, siyasətçi uzun sarı parik taxıb, “Mançester Siti” forması geyinib və futbol topu obrazında bəzədilmiş iti ilə görüntülənib.
Deb Holand 2027-ci il yanvarın 1-də qubernator vəzifəsinin icrasına başlayacaq.