ABŞ-da noyabrın 3-də keçirilən seçkilərdə Demokratlar Partiyasının nümayəndəsi Keyşa Lens Bottoms Corciya ştatının qubernatoru seçilib. Bununla da o, ABŞ tarixində bu vəzifəyə seçilən ilk qaradərili qadın kimi tarixə düşüb.
MSNews.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Bottoms seçkilərdə respublikaçı milyarder Rik Ceksonu məğlub edib.
İlkin nəticələrə əsasən, Bottoms səslərin 54,3 faizini, Cekson isə 45,7 faizini toplayıb. Bununla da demokratlar Corciyada 1998-ci ildən bəri ilk dəfə qubernator seçkilərində qalib gəliblər.
56 yaşlı Bottoms 2018–2022-ci illərdə Atlanta şəhərinin meri olub, daha sonra keçmiş prezident Co Baydenin administrasiyasında müşavir vəzifəsində çalışıb.
Seçki kampaniyası zamanı o, minimum əməkhaqqının artırılması, səhiyyə xidmətlərinin genişləndirilməsi və yaşayış xərclərinin azaldılması kimi məsələlərə üstünlük verib.
Bottoms 2027-ci ilin yanvarında hazırkı respublikaçı qubernator Brayan Kempin yerinə vəzifəsinin icrasına başlayacaq.