ABŞ-da böhran qorxusu: Satışlar 5 dəfə artdı

ABŞ-da texnoloji nasazlıqlar və mümkün elektrik kəsintiləri ilə bağlı narahatlıq fövqəladə hallar üçün nəzərdə tutulan məhsullara tələbatı artırıb. Bəzi şirkətlərin satışları beşqat yüksəlib.

20

ABŞ-da ardıcıl texnoloji nasazlıqlar, mümkün elektrik kəsintiləri və kiberhücumlarla bağlı narahatlıq əhalinin fövqəladə hallar üçün ehtiyat toplamasına səbəb olub. Nəticədə bəzi şirkətlərin satışları beş dəfə artıb, bir sıra məhsulların tədarükündə çətinliklər yaranıb.

MSNews.az xəbər verir ki, “Sözcü” və “CNBC” nəşrlərinin məlumatına görə, noyabrın 12–17-də ABŞ-da ən azı altı ciddi texnoloji nasazlıq qeydə alınıb. Problemlər aviareyslərə, elektron poçt xidmətlərinə və bank əməliyyatlarına təsir göstərib.

“Consumer Edge” şirkətinin bank kartları üzrə apardığı təhlilə əsasən, həmin dövrdə fövqəladə hallara hazırlıq məhsulları satan brendlərə edilən xərclər ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 400% artıb.

Xüsusilə içməli su, uzun müddət saxlanılan ərzaq, generatorlar və fövqəladə hallar üçün hazırlanmış dəstlərə tələbat yüksəlib. Bu məhsulların satışı ilə məşğul olan “Ready America” şirkətinin onlayn satışları təxminən beş dəfə artıb.

Şirkətin prezidenti Trevin Riz bildirib ki, COVID-19 pandemiyasının başlanğıcından bəri belə yüksək tələbat müşahidə edilməyib. Sifarişlərin çoxalması səbəbindən istehsalın artırılması gündəmə gəlib, su təmizləyici tabletlərin tədarükündə isə çətinliklər yaranıb.

Artan alış-veriş dalğası maliyyə bazarlarının da diqqətini çəkib. Yaponiyanın “Mizuho” investisiya bankı fövqəladə hallar üçün alış-verişin Costco pərakəndə satış şəbəkəsinin noyabr nəticələrinə müsbət təsir göstərə biləcəyini proqnozlaşdırıb.

Narahatlıq internet axtarışlarında da özünü göstərib. “Google”-da böhrana hazırlıqla bağlı axtarışların iki dəfədən çox, YouTube-da isə müvafiq videolara marağın 5000%-dən artıq artdığı bildirilir.

ABŞ rəsmiləri son texnoloji nasazlıqların əlaqələndirilmiş kiberhücum nəticəsində baş verdiyinə dair iddiaları təsdiqləməyiblər. Buna baxmayaraq, istehlakçıların mümkün fövqəladə vəziyyətlərə qarşı ehtiyat toplamaq meyli güclənib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30