Gənclər Zəfər Günü münasibətilə möhtəşəm musiqili aksiya keçirib

Zəfər Gününün 6-cı ildönümü münasibətilə Crescent Mall-da gənclərin iştirakı ilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya təşkil olunub.

42

Bakıda 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib. “Crescent Mall” ticarət mərkəzində gənclərin iştirakı ilə təşkil olunan tədbir bayram əhvali-ruhiyyəsi ilə yadda qalıb.

MSNews.az xəbər verir ki, spontan musiqili aksiya zamanı iştirakçıların ifasında səsləndirilən musiqilər Vətənə sevgi, milli birlik və tarixi Zəfərin yaratdığı qürur hisslərini əks etdirib.

“Zəfər Nəğməsi” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin mənəvi dəyərini musiqi vasitəsilə yaşatmaq, gənclər arasında vətənpərvərlik və milli birlik ruhunu təşviq etmək olub.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun, Nəsimi Rayon İcra Hakimiyyətinin və PASHA Malls-un dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı xor kollektivinin təşkilatçılığı ilə həyata keçirilib.

Musiqili aksiya Zəfərin 6-cı ildönümünə həsr olunan bayram tədbirləri çərçivəsində baş tutub.

Musiqili aksiyanın görüntülərini “Telegram” kanalımızdan izləyə bilərsiniz.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti