Bakıda WUF13-də BMT və Azərbaycan bayraqları qaldırılıb

Bakı Olimpiya Stadionunda WUF13 çərçivəsində BMT-nin rəsmi bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

96

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün təşkil olunduğu Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının rəsmi bayrağıAzərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasim WUF13-ün rəsmi başlanğıcını simvolizə edib və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib. Mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Qeyd edək ki, WUF13 17–22 may tarixlərində Bakıda keçirilir. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Tədbir BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. WUF13 çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, təhlükəsiz və inklüziv yaşayış məkanlarının formalaşdırılması kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulur.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031