Trampdan Dana Uayta gözlənilməz təklif

Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. Prezident Həbib Nurməhəmmədov və İslam Mahaçevi də onun köməkçiləri sırasında görmək istədiyini bildirib.

37

ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb. O, Həbib Nurməhəmmədov və İslam Mahaçev də daxil olmaqla, altı məşhur döyüşçünü Uaytın köməkçiləri sırasında görmək istədiyini bildirib.

MSNews.az xəbər verir ki, Tramp bu barədə noyabrın 7-də “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Financial Times” və “MMA Fighting” nəşrləri prezidentin qeyri-adi təklifini işıqlandırıb.

Tramp Uaytı sərt döyüşçü və mübariz insan kimi xarakterizə edərək onunla birlikdə İslam Mahaçev, Həbib Nurməhəmmədov, Castin Qeyci, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisonun da Ağ Evdə çalışmasını istədiyini bildirib.

“Bu insanlar bizi çılğın solçulardan qorumaq üçün lazımdır. Dana misli görünməmiş mətbuat katibi olacaq. Dana, xahiş edirəm, təklifi qəbul et!” – deyə ABŞ Prezidenti yazıb.

Trampın paylaşımı yumoristik üslubu ilə diqqət çəkib. Bununla belə, Dana Uaytın vəzifəni qəbul edib-etmədiyi və döyüşçülərə rəsmi təklif göndərilib-göndərilmədiyi məlum deyil.

“New York Post” yazır ki, Uayt sosial şəbəkədə Ağ Evdən foto paylaşaraq yeni mərhələyə işarə etsə də, təkliflə bağlı qəti mövqeyini açıqlamayıb.

Qeyd edək ki, Tramp və Dana Uayt uzun illərdir yaxın münasibətlərə malikdirlər. UFC rəhbəri prezidentin seçki kampaniyalarını açıq şəkildə dəstəkləyib və onun siyasi tədbirlərində iştirak edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti