İngiltərə Xorvatiyanı 6 qollu oyunda məğlub etdi

İngiltərə millisi DÇ-2026-nın "L" qrupunda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.

128

İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsinə məhsuldar qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “L” qrupunda keçirilən qarşılaşmada İngiltərə Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.

İngiltərənin heyətində Harri Keyn dubl edib. Kapitan əvvəlcə penaltidən fərqlənib, daha sonra Deklan Raysın künc zərbəsindən ötürməsini başla qola çevirib. Xorvatiya isə Martin Baturina və Petar Musa ilə iki dəfə hesabı bərabərləşdirib.

Fasilədən sonra Tomas Tuxelin komandası üstünlüyü yenidən ələ alıb. Cud Bellingem ikinci hissənin əvvəlində İngiltərəni önə keçirib, 85-ci dəqiqədə isə Markus Reşford yekun hesabı müəyyənləşdirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.