İlham Əliyev Qarabağ Universitetinin Klinikasında yeni şöbənin açılışında iştirak edib

Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasında Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. Klinikada 89 pasiyentə eyni vaxtda xidmət göstərmək mümkün olacaq.

36

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. Yeni şöbənin istifadəyə verilməsi ilə klinikada eyni vaxtda 89 pasiyentə tibbi xidmət göstərmək mümkün olacaq.

MSNews.az xəbər verir ki, dövlət başçısına yaradılan şərait barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Klinikanın baş direktoru Samir Babayev məlumat veriblər. Bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat dərc olunub.

Bildirilib ki, şöbədə müasir tibbi avadanlıqlar quraşdırılıb, mühəndis-kommunikasiya sistemləri yenidən qurulub. Burada reanimasiya, pediatriya sahələri, pasiyent palataları, dərmanların saxlanılması və tibbi heyətin fəaliyyəti üçün xüsusi otaqlar yaradılıb.

Hazırda klinikada 5-i reanimasiya olmaqla 70 stasionar çarpayı mövcuddur. Yeni Təcili tibbi yardım şöbəsində isə əlavə 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub.

Pasiyentlərin zərurət yarandıqda digər tibb müəssisələrinə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri də mövcuddur.

Qarabağ Universitetinin rəsmi məlumatına əsasən, 2027-ci ilədək klinikada çalışan əməkdaşların sayının 230–250 nəfərə çatdırılması proqnozlaşdırılır.

Klinikanın gələcəkdə yalnız tibbi xidmət göstərən müəssisə deyil, həm də tibb təhsili, klinik təcrübə və elmi-tədqiqat fəaliyyətini birləşdirən müasir səhiyyə mərkəzi kimi inkişaf etdirilməsi planlaşdırılır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti