“ChatGPT” qadına ərini zəhərləməkdə kömək edib?

ABŞ-da Ceyms Geyts "OpenAI"-ni məhkəməyə verərək "ChatGPT"-nin həyat yoldaşına onu zəhərləmək planı hazırlamaqda kömək etdiyini iddia edib. Şirkət ittihamlara münasibət bildirib.

31

ABŞ-da Ceyms Geyts adlı şəxs “OpenAI” şirkətini və onun rəhbəri Sem Altmanı məhkəməyə verərək “ChatGPT”-nin həyat yoldaşına onu zəhərləmək üçün plan hazırlamaqda kömək etdiyini iddia edib. Şikayətə əsasən, çat-bot qadının ərinə qarşı şübhələrini gücləndirib və ehtimal olunan cinayətin hazırlanmasına dair məlumatlar təqdim edib.

MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg” və “Los Angeles Times” nəşrləri məlumat yayıb. İddia ABŞ-nin Kaliforniya ştatında qaldırılıb.

Məhkəmə sənədlərinə əsasən, Şeril Geyts 2025-ci ildə ailədaxili problemlərlə bağlı “ChatGPT”-dən mütəmadi istifadə edib. İddiaçı bildirir ki, süni intellekt qadının şübhələrini təsdiqləyərək ona zəhərli maddələr və izlərin gizlədilməsi barədə məlumatlar verib.

Ceyms Geytsin sözlərinə görə, 2025-ci ilin iyulunda o, ağır şəkildə xəstələnib, sentyabrda isə həyat yoldaşına məxsus olduğu bildirilən əlyazma qeyd aşkar edib. Qeyddə müxtəlif maddələrin adları ilə yanaşı, “ChatGPT” yazışmalarının silinməsi və hesabdan çıxış edilməsi barədə xatırlatmalar yer alıb.

İddiada qadının çat-botla apardığı ehtimal olunan yazışmaların ekran görüntüləri də təqdim edilib. “CBS News” bildirir ki, Geyts süni intellektin təhlükəli sorğulara cavab verməsinin qarşısının alınmadığını əsas gətirərək şirkəti təhlükəsizlik tədbirlərinin yetərsizliyində ittiham edir.

Şeril Geytsə 2025-ci ildə qəsdən adam öldürməyə cəhd və qida məhsullarının zəhərlənməsi ittihamları irəli sürülüb. Lakin 2026-cı ilin aprelində sübutların kifayət etməməsi səbəbindən cinayət işi üzrə ittihamlar geri götürülüb.

“OpenAI” isə açıqlamasında təhlükəsizliyin prioritet olduğunu bildirərək qadının hesabının bloklandığını və hüquq-mühafizə orqanlarına istintaq çərçivəsində məlumat təqdim edildiyini təsdiqləyib.

Qeyd edək ki, “ChatGPT”-nin zəhərləmə cəhdinə kömək etməsi və “OpenAI”-nin hüquqi məsuliyyəti barədə iddialar məhkəmə tərəfindən hələ təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti