Azərbaycanda 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır

Azərbaycanda 2027-ci il üçün ehtiyac meyarının 314 manat olması nəzərdə tutulur. Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən ediləcək.

50

Azərbaycanda 2027-ci il üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur. Layihəyə əsasən, hər iki göstərici ölkə üzrə 314 manat təşkil edəcək.

MSNews.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirə olunan 2027-ci il dövlət büdcəsi və yaşayış minimumu haqqında qanun layihələrində məlumat verilib. Ehtiyac meyarının həddi 300 manatdan 314 manata yüksəldiləcək.

2027-ci il üçün yaşayış minimumunun aşağıdakı məbləğlərdə müəyyən edilməsi planlaşdırılır:

  • Əmək qabiliyyətli əhali üçün: 334 manat
  • Pensiyaçılar üçün: 258 manat
  • Uşaqlar üçün: 274 manat
  • Ölkə üzrə: 314 manat

Müqayisə üçün, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat təşkil edib. Beləliklə, ölkə üzrə yaşayış minimumunun 14 manat artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsində istifadə olunur, yaşayış minimumu isə əhalinin minimum yaşayış tələbatını əks etdirən sosial-iqtisadi göstəricidir.

Yeni məbləğlərin 2027-ci il yanvarın 1-dən tətbiqi planlaşdırılır. Göstəricilər hələlik qanun layihələrində nəzərdə tutulub və yekun təsdiqini gözləyir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti