Azərbaycanda kuryerlər də vergiyə cəlb olunacaq?

Azərbaycanda fərdi qaydada çalışan kuryerlər üçün aylıq 15 manat sabit sadələşdirilmiş verginin tətbiqi təklif edilir. Yenilik vergi hesabatlılığının sadələşdirilməsini və qeyri-rəsmi məşğulluğun azaldılmasını hədəfləyir.

49

Azərbaycanda fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq 15 manat məbləğində sabit sadələşdirilmiş verginin tətbiqi təklif olunur.

MSNews.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində qeyd olunub. Yenilik muzdlu işçi cəlb etmədən müstəqil fəaliyyət göstərən kuryerlərə şamil ediləcək.

Layihəyə əsasən, kuryerlər vergi öhdəliklərini aylıq 15 manatlıq sabit ödəniş və müvafiq qəbz vasitəsilə yerinə yetirə biləcəklər. Məqsəd vergi hesabatlarının hazırlanmasını asanlaşdırmaq, mühasibatlıq xərclərini azaltmaq və qeyri-rəsmi çalışan kuryerlərin fəaliyyətini leqallaşdırmaqdır.

Təklif avtomobil, motosiklet, velosiped və skuter vasitəsilə sifariş çatdıran fərdi kuryerlərin fəaliyyətini əhatə edir.

Hazırkı qaydalara görə, sadələşdirilmiş vergitutma sistemini seçən kuryerlər ümumi gəlirlərinin 2 faizi həcmində vergi ödəyirlər.

Qeyd edək ki, 15 manatlıq sabit vergi hələlik təklif mərhələsindədir və qüvvəyə minməsi üçün qanunvericilik dəyişikliyinin təsdiqlənməsi tələb olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti