Pakistan: Husi hücumları Türkiyə ilə müdafiə paktını işə sala bilər

Pakistanın müdafiə naziri Xavaca Asif husilərin Səudiyyə Ərəbistanına hücumlarının Pakistan, Türkiyə və Səudiyyə arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini işə sala biləcəyini bildirib.

55

Pakistanın müdafiə naziri Xavaca Asif Yəməndəki “Ənsar Allah” hərəkatının Səudiyyə Ərəbistanına hücumlarının davam edəcəyi təqdirdə Pakistan, Türkiyə və Səudiyyə arasında imzalanmış kollektiv müdafiə sazişinin işə düşə biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Asif Pakistanın “Geo News” kanalına açıqlamasında Yəməndəki qarşıdurmanın Səudiyyə ərazisinə keçəcəyi və krallığın “səbəbsiz təcavüzə” məruz qalacağı halda Məkkə Birgə Müdafiə Sazişinin qüvvəyə minə biləcəyini deyib.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Asif Pakistanın saziş üzrə öhdəliklərinə sadiq olduğunu bildirib və paktın müdafiə xarakteri daşıdığını vurğulayıb. O, eyni zamanda Yəməndəki eskalasiyanın səngiyəcəyinə ümid etdiyini qeyd edib.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə Birgə Müdafiə Sazişini avqustun 7-də imzalayıblar.

Saziş çərçivəsində üç ölkənin müdafiə və xarici işlər nazirləri, eləcə də ali hərbi rəhbərliyi arasında koordinasiya mexanizmlərinin yaradılması, quru, hava və dəniz qüvvələrinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulur. Hava hücumundan müdafiə, pilotsuz sistemlər, elektron müharibə və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də planlaşdırılır.

Yəməndə vəziyyət son günlər kəskin şəkildə gərginləşib. Husilər Səudiyyə ərazisində hərbi və enerji obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib, Səudiyyə aviasiyası isə Yəməndə Husi mövqelərinə intensiv hava hücumlarını davam etdirir.

Husilərin hərbi sözçüsü Yəhya Səri isə Səudiyyə Ərəbistanına raket və dron hücumlarının davam etdiriləcəyini açıqlayıb. Bununla yanaşı, “Reuters” bildirir ki, hərəkat Səudiyyə gəmilərinə qarşı dəniz blokadası tətbiq etdiyini bəyan edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.