Papa Leo Anqolada sərt mesaj verdi: “Resursları talayan despotsuz cəmiyyət qurulmalıdır”

Papa Leo Anqolada çıxışı zamanı təbii sərvətlərin istismarını pisləyib, despotsuz və ədalətli cəmiyyət qurulmasına çağırış edib.

21

Katolik dünyasının rəhbəri Papa Leo Anqolaya səfəri zamanı Afrikanın təbii sərvətlərinin istismarını kəskin tənqid edib. “Reuters”-in məlumatına görə, pontifik Luandada çıxışı zamanı “sərvət vəd edən, amma vədlərini yerinə yetirməyən despotlar və tiranlar”ın insanlara əzab və ölüm gətirdiyini bildirib. O, Anqola cəmiyyətini “çox sərvətli, amma saxta sevinclərlə yaşayan elitanın yaratdığı köləlikdən” qurtulmağa çağırıb. 

Papa Leo çıxışında Anqolanın neft, almaz və kritik minerallar kimi resurslarının güclü maraq qrupları tərəfindən mənimsənilməsinə eyham vuraraq deyib ki, ölkənin torpaqlarına çox vaxt “vermək üçün yox, almaq üçün” baxılıb. Onun sözlərinə görə, bu “ekstraktivizm məntiqi” çoxsaylı sosial və ekoloji fəlakətlərə, eləcə də insan itkilərinə səbəb olur.

Pontifik Anqola hakimiyyətini korporativ maraqlardan daha çox vətəndaşların rifahına fokuslanmağa çağırıb və bildirib ki, yaxın dövrdə buna etiraz edənlər olsa belə, tarix sonda xalqın marağını üstün tutanları haqlı çıxaracaq. Papa Leo son həftələrdə daha sərt və açıq çıxışları ilə diqqət çəkir. O, Anqolaya uçuşdan əvvəl ABŞ prezidenti Donald Trampla mübahisə görüntüsünü azaltmağa çalışsa da, Afrika turu boyunca müharibə, bərabərsizlik və resursların talanması kimi mövzularda daha qəti mövqe sərgiləyib.

“Reuters”-in qeyd etdiyinə görə, Anqola regionun aparıcı neft istehsalçılarından biri olsa da, ölkə əhalisinin böyük hissəsi hələ də yoxsulluqla üzləşir. Papa Leo da bu ziddiyyətə diqqət çəkərək ölkədə həyatın və reallığın “sadəcə əmtəəyə çevrilməsinə” qarşı çıxıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.