Paşinyan istefa verdi

Nikol Paşinyan və Ermənistan hökuməti yeni parlamentin ilk iclası ilə əlaqədar konstitusion qaydada istefa verib. Paşinyan elə həmin gün yenidən baş nazir təyin olunub.

80

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət yeni çağırış Milli Assambleyanın ilk iclasının keçirilməsi ilə əlaqədar istefa verib. Paşinyan daha sonra elə həmin gün yenidən baş nazir təyin olunub.

MSNews.az xəbər verir ki, Paşinyan sosial şəbəkədə yayımladığı videomüraciətdə hökumətin istefası barədə sənədi imzalayaraq Prezident Vaaqn Xaçaturyana göndərdiyini açıqlayıb.

Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, yeni seçilmiş Milli Assambleyanın ilk sessiyasının keçirildiyi gün hökumət istefasını prezidentə təqdim etməlidir. Hökumət üzvləri isə yeni kabinet formalaşdırılanadək vəzifələrinin icrasını davam etdirirlər.

“Armenpress” bildirir ki, Prezident Vaaqn Xaçaturyan hökumətin istefasını qəbul edib. Bundan sonra parlamentdə çoxluğa malik “Mülki Müqavilə” partiyası Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürüb.

Prezident Xaçaturyan Konstitusiyanın 149-cu maddəsinə uyğun olaraq Nikol Paşinyanın Ermənistanın baş naziri təyin edilməsi barədə fərman imzalayıb. Beləliklə, Paşinyanın istefasından bir neçə saat sonra onun yenidən hökumət başçısı təyin olunması rəsmiləşib.

Yeni hökumət baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşdırılmalıdır.

Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,7 faizini qazanıb. Partiya Milli Assambleyada 64 mandat əldə edərək hökuməti müstəqil formalaşdırmaq üçün lazım olan çoxluğu təmin edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.