Melaniya Harutyunyan Paşinyanın mətbuat katibi təyin edildi

Nikol Paşinyanın qərarı ilə Melaniya Harutyunyan Ermənistan baş nazirinin yeni mətbuat katibi təyin olunub. O, deputat mandatı alan Nazeli Bağdasaryanı əvəz edib.

“Çiçəklənən Ermənistan” parlamentə keçmir

Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan parlament seçkilərində 3,996% səs toplayaraq 4 faizlik keçid baryerini aşa bilməyib. Partiya səslərin yenidən hesablanması üçün müraciət edəcəyini açıqlayıb.