Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərə bilər
Türkiyə Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına hərbi qüvvələrin göndərilməsi üçün parlamentin razılığının tələb olunduğunu açıqlayıb. Hərbi yardımın formatı hələ müəyyənləşdirilməyib.
Husilər Türkiyə və Pakistanı hərbi zərbələrlə hədələyib
Yəməndəki husilər Səudiyyə Ərəbistanına hərbi dəstək verəcəkləri təqdirdə Türkiyə və Pakistanı zərbələrlə hədələyiblər. Xəbərdarlıq Hakan Fidanın açıqlamasından sonra səsləndirilib.