Zelenskidən Avropaya xəbərdarlıq: “Rusiya ilə razılaşma təhlükəlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Avropa və Rusiya arasında yeni təhlükəsizlik sazişi təşəbbüsünü təhlükəli adlandırıb. O, əvvəlcə müharibənin dayandırılmasını və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edib.

26

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik sazişi bağlanmasına dair təşəbbüsünü təhlükəli adlandırıb. O bildirib ki, Ukraynada müharibə başa çatmadan Avropanın təhlükəsizlik sisteminin Moskva ilə yenidən razılaşdırılması ciddi risklər yarada bilər.

MSNews.az xəbər verir ki, Zelenski bu barədə “CNN” telekanalının jurnalisti Ceyk Tapperə müsahibəsində danışıb. Ukrayna lideri ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlarda Avropa-Rusiya təhlükəsizlik arxitekturası ideyasının gündəmə gətirildiyini bildirib.

“Açıq deyim, fikrimcə, bu, sadə məsələ deyil və təhlükəli ola bilər”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Kiyev atəşkəsi və gərginliyin azaldılmasını dəstəkləyir. Lakin Rusiya tərəfindən müharibəni dayandırmağa hazırlığı göstərən konkret addımlar müşahidə olunmur.

“Əvvəlcə Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə başa çatacağını, daha sonra Ukraynanın hansı təhlükəsizlik zəmanətlərini alacağını müzakirə etməliyik. Yalnız bundan sonra Avropa ilə Rusiya arasında təhlükəsizlik arxitekturasından danışmaq olar”, – deyə o bildirib.

“Deutsche Welle” yazır ki, Zelenski Rusiyanın müharibənin dayandırılmasından əvvəl Avropanın təhlükəsizlik sistemini yenidən formalaşdırmaq istəməsini xüsusilə təhlükəli hesab edir.

“Yeri gəlmişkən, bu, Avropa İttifaqı üçün bizim üçün olduğundan daha təhlükəlidir”, – deyə Ukrayna Prezidenti bildirib.

O, Avropanın yenidən təsir dairələrinə bölünməsi ehtimalına qarşı çıxaraq “Yalta 2.0” ssenarisini istəmədiklərini vurğulayıb.

Bu arada, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da Avropanın təhlükəsizliyi ilə bağlı qərarların Rusiya tərəfindən diktə edilə bilməyəcəyini açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, Kallas Ukraynanın Avropanın təhlükəsizlik sisteminə tam inteqrasiyasının vacibliyini vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti