Yamalın maskalı fotosu mundial öncəsi gündəm oldu

Lamin Yamalın nəmləndirici üz maskasında fotosu sosial şəbəkələrdə müzakirə yaradıb. İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçunun Kabo-Verde ilə oyuna hazır olmasının gözlənildiyini bildirib.

22

İspaniya millisinin gənc ulduzu Lamin Yamal Dünya Kuboku öncəsi sosial şəbəkələrdə yayılan yeni görüntüsü ilə diqqət çəkib.

MSNews.az xəbər verir ki, sosial mediada yayılan paylaşımlarda “Barselona”nın 18 yaşlı futbolçusunun nəmləndirici üz maskasında fotosu müzakirə olunub. Paylaşımlarda Yamalın İspaniyanın DÇ-2026-da Kabo-Verdeyə qarşı keçirəcəyi ilk oyuna hazır olacağı qeyd edilib.

Reuters”in məlumatına görə, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Yamalın və Niko Uilyamsın Dünya Kubokunun açılış oyununa qədər hazır vəziyyətə gələcəyini bildirib. Yamal son həftələrdə zədə səbəbindən tam hazır deyildi və klub mövsümünün son hissəsini buraxmışdı.

İspaniya–Kabo-Verde oyunu iyunun 15-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Bu qarşılaşma “H” qrupunun ilk tur matçlarından biridir.

Yamalın şəxsi həyatı ilə bağlı iddialar da sosial şəbəkələrdə geniş yayılıb. Daha əvvəl bəzi paylaşımlarda onun İspaniya Futbol Federasiyasından sevgilisi İnyes Qarsiya ilə birlikdə qalmaq üçün ayrıca otaq istədiyi iddia olunmuşdu. Lakin “Times of India” bu iddianın rəsmi mənbələrlə təsdiqlənmədiyini və sosial media müzakirəsi olaraq qaldığını yazıb.

Mundo Deportivo” isə daha əvvəl Yamalın İnyes Qarsiya ilə ilk birgə fotosunu paylaşdığını bildirmişdi. Bununla belə, Dünya Kuboku zamanı futbolçunun yaşayış şəraiti və federasiya daxilində xüsusi tələb irəli sürməsi barədə rəsmi açıqlama yoxdur.

Hazırda əsas diqqət Yamalın fiziki durumuna yönəlib. İspaniya millisi turnirə favoritlərdən biri kimi başlayır və gənc hücumçunun hazır olması komandanın hücum xətti üçün vacib amil hesab edilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930