Hiquainin Mayamidəki fotosu gündəm oldu

Qonsalo Hiquainin Mayamidə idman mağazasında azarkeşlə çəkildiyi iddia olunan foto sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Keçmiş argentinalı hücumçunun görünüşündəki dəyişiklik azarkeşlərin diqqətini çəkib.

7

Argentina millisinin sabiq hücumçusu Qonsalo Hiquainin Mayamidə idman mağazasında azarkeşlə çəkildiyi iddia olunan foto sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Rusiyanın “Sports.ru” nəşri yazır ki, mağaza ziyarətçisi şəkildəki şəxsin Hiquain olduğunu bildirib, lakin istifadəçilər keçmiş futbolçunun xarici görünüşündəki dəyişiklikdən sonra onu tanımaqda çətinlik çəkiblər. 

“Mundo Deportivo”-nun məlumatına görə, foto “X” sosial şəbəkəsində yayılıb və qısa müddətdə minlərlə şərh toplayıb. İstifadəçilərin bir qismi Hiquainin çox dəyişdiyini yazıb, bəziləri isə onun daha yaşlı göründüyünü qeyd edib. Nəşr bildirir ki, sabiq futbolçu 2022-ci ildə karyerasını bitirdikdən sonra ictimaiyyət qarşısına nadir hallarda çıxır.

AS nəşri də viral fotonun Mayamidə çəkildiyini yazır. Məlumata görə, Hiquain futbolçu karyerasını başa vurduqdan sonra idmandan tam uzaqlaşmayıb və hazırda “İnter Mayami” sistemində oyunçu inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərir.

Qonsalo Hiquain futbolçu karyerası ərzində “River Pleyt”, “Real Madrid”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi” və “İnter Mayami” klublarında çıxış edib. MLS-in rəsmi məlumatında onun “İnter Mayami”yə zəngin beynəlxalq və klub təcrübəsi ilə qoşulduğu, karyerası boyunca La Liqa, A Seriyası, İspaniya Kuboku, İtaliya Kuboku və Avropa Liqası da daxil olmaqla bir sıra titullar qazandığı qeyd olunur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.