Xocalıda hərbçilər üçün 191 fərdi ev hazırlanıb

Prezident İlham Əliyev Xocalı rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün əsaslı təmir edilmiş 191 fərdi evdə yaradılan şəraitlə tanış olub.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Dövlət başçısına ərazidə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev mövcuddur. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.

Evlərdə hərbi qulluqçuların və onların ailələrinin rahat yaşaması üçün zəruri şərait yaradılıb. Yaşayış evləri elektrik enerjisi və qazla təmin olunub, ərazidə kommunikasiya layihələri icra edilib, məhəllədaxili yollar yenidən qurulub. Sakinlərin istirahəti üçün park salınıb.

Hərbi qulluqçuların xidməti evlərlə təmin olunması və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Bu istiqamətdə həyata keçirilən layihələr hərbçilərin və onların ailələrinin sosial qayğılarının həllinə, xidmət şəraitinin yaxşılaşdırılmasına və azad edilmiş ərazilərdə yeni yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan bu yaşayış sahəsinin istifadəyə verilməsi həm bölgədə sosial infrastrukturun bərpası, həm də Qarabağda dayanıqlı məskunlaşma prosesinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.