Xamenei Putindən S-400 sistemləri istəyib

İranın ali lideri Müctəba Xameneinin Vladimir Putinə S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün məktub göndərdiyi bildirilir. Tehran Rusiya ilə danışıqlar aparır.

34

İranın ali lideri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı şəxsi məktub göndərdiyi bildirilir. Tehran ABŞ və İsrailin hücumları nəticəsində zədələnmiş hava hücumundan müdafiə sistemini bərpa etməyə çalışır.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, məktubu noyabrın 5-də Moskvaya səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Rusiya liderinə çatdırıb. Müraciətin əsas məqsədi Tehranın uzun illərdir əldə etməyə çalışdığı S-400 hava hücumundan müdafiə komplekslərinin tədarükünü təmin etməkdir.

İran rəsmisi Moskvanın sistemlərin satışına razılıq verəcəyinə ümid etdiklərini bildirib. Tehran bu komplekslər vasitəsilə ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirməyi planlaşdırır.

“Iran International” qeyd edir ki, Rusiya indiyədək regional münasibətləri və öz hərbi ehtiyaclarını nəzərə alaraq İrana S-400 sistemlərinin tədarükünü təxirə salıb. Ukraynadakı müharibə də Moskvanın mövcud hərbi ehtiyatlarına əlavə təzyiq yaradır.

Kreml Rzayinin Putinlə görüşünü və Xameneinin məktubunun çatdırıldığını təsdiqləsə də, müraciətdə S-400 sistemlərinin istənildiyini rəsmən açıqlamayıb. Tərəflər arasında bu komplekslərin tədarükünə dair yekun razılaşma və mümkün çatdırılma tarixi barədə də məlumat verilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti