Tramp İrana hədə-qorxu gəldi: “Qalan hissəsini də dağıtmalı ola bilərəm”

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələr endirə biləcəyini açıqlayıb. O, İranın bərpasına 25 il lazım gələcəyini və qərarın tezliklə məlum olacağını bildirib.

33

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatların keçirilə biləcəyini istisna etməyib. O, ölkənin indiyədək aldığı zərbələrdən sonra bərpasına 25 il lazım gələcəyini bildirərək daha dağıdıcı hücumların mümkünlüyünə işarə edib.

MSNews.az xəbər verir ki, Tramp bu barədə noyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. “Anadolu Agentliyi” və “CBS News” onun İrana qarşı növbəti hərbi addımlarla bağlı qərarın yaxın zamanda veriləcəyini açıqladığını bildirir.

“Düşünürəm ki, İranın ölkəni yenidən qurması üçün 25 il lazım olacaq. Mümkünsə, ölkənin qalan hissəsini dağıtmamağa üstünlük verərdim, amma bəlkə də bunu etməli olacağam. Tezliklə hər şeyi biləcəksiniz”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp İranın nüvə proqramına da toxunaraq Tehranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bundan sonra əlavə hərbi addımların zəruri olub-olmadığı barədə qərar qəbul edəcək.

“Axios” nəşrinin məlumatına görə, Tramp açıqlamadan əvvəl milli təhlükəsizlik üzrə müşavirləri ilə görüş keçirib. Görüşdə İrana qarşı genişmiqyaslı hava zərbələrinin bərpası ehtimalı müzakirə olunub. ABŞ hərbi qüvvələri mümkün əməliyyatlara hazırlığı davam etdirsə də, yeni hücum əmri verilməyib.

Bu arada, İranın nüvə proqramı ilə bağlı vasitəçilər üzərindən diplomatik təmaslar da davam edir. “The Times of Israel” yazır ki, Qətər rəhbərliyi Vaşinqtonla danışıqlarda regional gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Trampın açıqlaması yeni hərbi əməliyyat barədə yekun qərarın qəbul edildiyi anlamına gəlmir. ABŞ administrasiyası mümkün hücumun tarixi və miqyası barədə rəsmi məlumat açıqlamayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti