Tokayev Ankaraya səfər etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib. Liderlər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edirlər.

57

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib. Qazaxıstan liderini hava limanında şəxsən qarşılayan Ərdoğan daha sonra onun şərəfinə Prezident Kompleksində rəsmi qarşılanma mərasimi təşkil edib.

MSNews.az xəbər verir ki, səfər oktyabrın 28-də başlayıb. Türkiyə Prezident Administrasiyasının rəsmi məlumatına əsasən, iki dövlət başçısı Ankara hava limanında qısa görüş keçiriblər.

Ankaradakı Prezident Kompleksində Tokayevin şərəfinə rəsmi qarşılanma mərasimi keçirilib. Mərasim zamanı Türkiyə və Qazaxıstanın dövlət himnləri səsləndirilib, 21 yaylım atəşi açılıb. Tarixdə mövcud olmuş 16 türk dövlətini təmsil edən bayraqlar və hərbçilər mərasimdə yer alıblar. Tokayev fəxri qarovul dəstəsini türk dilində “Merhaba asker” sözləri ilə salamlayıb. Ardınca Ərdoğan və Tokayev iki ölkənin bayraqları önündə birgə foto çəkdiriblər.

Səfər çərçivəsində Türkiyə ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi əsas məqsədlərdən biridir.

Türkiyə Prezident Administrasiyasının açıqlamasına görə, danışıqlarda ikitərəfli əməkdaşlığın bütün istiqamətlərinin nəzərdən keçirilməsi, münasibətlərin inkişafı üçün yeni addımların müəyyənləşdirilməsi, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi nəzərdə tutulub.

Görüşlərdə ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir.

Qazaxıstan Prezidentinin Türkiyəyə səfəri 28–30 oktyabr tarixlərini əhatə edir.

Tokayevin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşündə də iştirak etməsi planlaşdırılır.

Bu barədə Qazaxıstanın “Qazinform” agentliyi Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Səfər Türkiyə ilə Qazaxıstan arasında strateji münasibətlərin inkişafı və türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti