Suriya Səudiyyə Ərəbistanına hərbçilər göndərdi

Suriya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasından sonra Dəməşqin Ər-Riyada hərbi mütəxəssislər göndərdiyi bildirilir. Hərbi təlimlər husilərlə qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edir.

40

Suriya Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər və təlimatçılardan ibarət məhdud sayda şəxsi heyət göndərib. Bu addım iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması və Ər-Riyadın Yəməndəki husilərlə qarşıdurmasının kəskinləşməsi fonunda baş verib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki suriyalı hərbi mənbəyə və yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, son həftələr ərzində onlarla suriyalı hərbi mütəxəssis Səudiyyə Ərəbistanına göndərilib. Onların əsas vəzifəsi Səudiyyə Ərəbistanı və Yəmən qüvvələrinə təlim keçmək, eləcə də döyüş təcrübəsini bölüşməkdir.

Noyabrın 4-də Suriya Prezidenti Əhməd əş-Şaraanın Ər-Riyada səfəri zamanı iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. Razılaşma hərbi məsləhətləşmələri, təlimləri və təcrübə mübadiləsini əhatə edir.

Səudiyyə Ərəbistanının yüksəkvəzifəli rəsmisi birgə hərbi təlimlərin artıq keçirildiyini və yeni təlimlərin planlaşdırıldığını təsdiqləyib.

Bununla belə, Suriya hərbçilərinin məhz Yəmən sərhədində yerləşdirilməsi barədə dəqiq məlumat açıqlanmayıb. Suriyalı diplomat isə hərbi qüvvələrin yerləşdirilməsi barədə iddiaları indiki mərhələdə vaxtından əvvəl verilmiş qiymətləndirmə adlandırıb.

Hərbi əməkdaşlığın genişlənməsi Səudiyyə Ərəbistanının Yəməndəki husilərin raket və pilotsuz uçuş aparatları ilə hücumlarına qarşı müdafiəsini gücləndirməyə çalışdığı dövrə təsadüf edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti