Starmer: “Avropa artıq ABŞ-a arxalana bilməz”

Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropanı müdafiə sahəsində ABŞ-dan asılılığı azaltmağa çağırıb. O, Böyük Britaniyanın vahid Avropa təhlükəsizlik sistemində əsas rol oynamalı olduğunu bildirib.

53

Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropa ölkələrini müdafiə və təhlükəsizlik sahəsində ABŞ-dan asılılığı azaltmağa, vahid təhlükəsizlik sistemi yaratmağa çağırıb. O bildirib ki, Vaşinqton artıq Avropanın müdafiə xərclərini əvvəlki qaydada maliyyələşdirmək niyyətində deyil.

MSNews.az xəbər verir ki, Starmer bu barədə oktyabrın 30-da Dublində Britaniya-İrlandiya Ticarət Palatasının tədbirində çıxış edib.

Bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Sabiq baş nazirin sözlərinə görə, Avropa həm Rusiyanın Ukraynaya müdaxiləsi, həm də ABŞ Prezidenti Donald Trampın müttəfiqlərin təhlükəsizlik xərclərini daha çox özlərinin qarşılamalı olduğuna dair mövqeyi qarşısında hazırlıqsız yaxalanıb.

“Bu, Trampın prezidentliyi dövrünə xas müvəqqəti vəziyyət deyil, daimi dəyişiklikdir. Əvvəlki qayda artıq geri qayıtmayacaq”, – Starmer vurğulayıb.

O bildirib ki, Avropanın vahid bazarla yanaşı, ümumi təhlükəsizlik sisteminə də ehtiyacı var və Böyük Britaniya bu prosesdə mərkəzi rol oynamalıdır.

“The Irish Times” nəşrinin məlumatına görə, Starmer Avropada müdafiə xərclərinin artırılması ilə yanaşı, hərbi əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini də zəruri hesab edib.

Bununla belə, sabiq baş nazir ABŞ ilə münasibətlərin əhəmiyyətini itirmədiyini xüsusi vurğulayıb. Onun fikrincə, Böyük Britaniya və ABŞ arasındakı hərbi, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı möhkəm olaraq qalır.

Starmer həmçinin Böyük Britaniyanın nüvə silahına malik dövlət və NATO-nun aparıcı üzvlərindən biri olduğunu xatırladaraq Avropanın müdafiə sisteminin gücləndirilməsində fəal iştirak etməli olduğunu bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti